[b]“Azərbaycanda məni nələrin gözlədiyindən xəbərsizəm” - FOTO[/b]
15.06.2016 - 16:40
[b]“Azərbaycanda məni nələrin gözlədiyindən xəbərsizəm” - FOTO[/b]

“Azərbaycana ilk səfərimdi və buna görə də məni bu ölkədə nələrin gözlədiyindən xəbərsizəm”. Apasport.az saytının məlumatına görə, bunu “Uilliams Martini Racing” komandasının pilotu Felipe Massa deyib.

 

35 yaşlı braziliyalı pilot iyunun 17-19-da Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-prisi ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, yeni ölkə, yaxşı insanlar, eyni zamanda, şəhərin mərkəzində yerləşən yarış treki ilə tanış olmağı səbirsizliklə gözləyir: “Dəqiq deyə bilmərəm ki, bu, Monako trekinə oxşayacaq, yoxsa özündə həm bu şəhərin, həm də Sinqapurun bənzər məqamlarını əks etdirəcək. Bunu görəcəyik. Eşitmişəm ki, bu trekdə sürətlənmə xətti daha uzundu və buna görə də digər şəhər trekləri ilə müqayisədə burada ötmə hallarının çox olacağı gözlənilir. Ümid edirəm ki, Azərbaycana ilk səfərimizdən yaxşı nəticələrlə geri qayıdacağıq”.

0