Dünya çempionumuzun dopinqdə “ilişməsi” rəsmən açıqlandı

Azərbaycan millisinin ağırlıqqaldıranı Boyanka Kostovanın orqanizmində istifadəsi qadağan olunan preparatın tapılması rəsmən açıqlanıb. Apasport.az saytının məlumatına görə, milliləşdirilmiş legionerimizin adı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının açıqladığı siyahıda yer alıb.

 

Belə ki, 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında dünya çempionumuzdan götürülən analiz təkrar yoxlamada müsbət nəticə verib. Onun orqanizmində deqidroxlorometiltestosteron və stanozolol maddələri aşkarlanıb. Bu səbəbdən də Olimpiadada 5-ci olan təmsilçimiz yenidən yoxlanacaq. Əgər B testi də eyni çıxarsa, o, diskvalifikasiya olunacaq.

 

İdmançıların nəticələrinin ləğvinə isə Beynəlxalq Olimpiya Komitəsinin rəyinə əsasən Beynəlxalq Ağırlıqqaldırma Federasiyası qərar verəcək.  

 

Təkrar analiz zamanı Valentin Xristovla İntiqam Zairovun da dopinqə düşməsi bildirilsə də, bu, hələlik rəsmi təsdiqini tapmayıb.

 

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası Pekin-2008-də götürülən analizlərin də təkrar yoxlanılacağını istisna etməyib. London-2012-də götürülən analizlərin ikinci dəfə yoxlanılması nəticəsində isə Kostova ilə yanaşı, daha 9 atlet dopinq nəzarətə götürülüb.

 

Qeyd edək ki, ötən həftə yığmamızın daha 6 ağırlıqqaldıranı dopinqdə “ilişmişdi”. ABŞ-ın Hyuston şəhərində təşkil olunan dünya çempionatında dopinq testdən keçə bilməyən Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev, Valentin Xristov və İntiqam Zairov 8 il müddətinə diskvalifikasiya olunub. Onların cəzaları 2023-cü ilin dekabrında yekunlaşacaq. Dadaş Dadaşbəyli isə 4 illik cəzaya məruz qalıb. Onun cəza müddəti isə 2019-cu ilin dekabrınadək nəzərdə tutulub. Həmçinin Xristovun həmin çempionatda qazandığı bürünc medalı əlindən alınıb.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qəbələ

19

12

6

1

38-10

42

2.

Qarabağ

19

13

3

3

32-10

42

3.

İnter

19

8

9

2

30-19

33

4.

Sumqayıt

19

6

7

6

20-23

25

5.

Zirə

19

6

5

8

17-21

23

6.

Neftçi

19

5

2

12

14-33

17

7.

Kəpəz

19

3

7

9

12-22

16

8.

 AZAL

19

1

5

13

8-33

8

               

 

Top 10
Sizin reklam burada
150x220