[b]“Formula-1”: Bakıda ən yüksək sürət saatda 351 km oldu[/b]
17.06.2016 - 18:50
[b]“Formula-1”: Bakıda ən yüksək sürət saatda 351 km oldu[/b]

Bakıda təşkil edilən “Formula-1” üzrə Avropa Qran-prisində ən yüksək sürət qeydə alınıb. Apasport.az saytının məlumatına görə, bu, “Formula-1” pilotlarının ikinci sərbəst yürüşündə olub.

 

Bakı Şəhər Həlqəsi yeni olduğundan, mütəxəssislər ən yüksək sürətin saatda 340 km olacağını proqnozlaşdırırdılar. Lakin “Toro Rosso”nun pilotu Karlos Sainz bu proqnozu alt-üst edib.

 

O, saatda 351 km sürətlə hərəkət edib ki, bu da günün ən yüksək sürəti olub.

0