[b]“Rusiya Rio Olimpiadasında çıxış etməyəcək”[/b]
18.06.2016 - 00:02
[b]“Rusiya Rio Olimpiadasında çıxış etməyəcək”[/b]

Rusiya yığması Rio Olimpiadasında çıxış etməyəcək. Apasport.az saytının məlumatına görə, bu barədə xəbəri “The Times” yayıb.

 

Bildirilib ki, Beynəlxalq Atlektika Federasiyaları Assosiasiyasının (İAAF) Vyanada keçirilən iclasında Rusiya Yüngül Atletika Federasiyasının (VFLA) üzvlüyünü bərpa etməyib.

 

2015-ci ildə Beynəlxalq Anti-dopinq Federasiyası (WADA) Rusiyanı dopinq qanunlarını pozmaqda günahlandırmış, İAAF isə bu ölkəni öz sıralarından xaric etmişdi. Geri qayıtmaq üçün isə şərtolaraq rəhbərliyin dəyişdirilməsi göstərilmişdi.

 

Yalnız bundan sonra Valentin Balaxniçev VFLA prezidenti postundan istefa vermiş, onun yerinə isə Gennadi Alişenin rəhbərliyi ilə müvəqqəti komitə yaradılmışdı.

 

BOK-un 21 iyunda keçiriləcək son iclasında dəqiq qərar qəbul ediləcək. Əsas müzakirə mövzularından biri də rus idmançıların ayrı-ayrılıqda Rioya yollanmasına icazə verilməsi olacaq.

0