[b]AÇ-2016: Daha 2 oyunun hakimləri açıqlandı[/b]
18.06.2016 - 16:42
[b]AÇ-2016: Daha 2 oyunun hakimləri açıqlandı[/b]

Fransada keçirilən Avropa çempionatında daha iki oyunun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA B qrupunun son oyunlarının təyinatlarını açıqlayıb.


Rusiya ilə Uels arasında baş tutacaq qarşılaşmada isveçli Yonas Eriksson ədalət təmsilçisi olacaq.

 

İngiltərə - Slovakiya görüşünü isə ispaniyalı Karlos Velasko Karbalyo idarə edəcək.

 

 

Avropa çempionatı - 2016

20 iyun

 

B qrupu

23:00. Rusiya - Uels

Baş hakim: Yonas Eriksson

Yan xətt hakimləri: Matias Klasenius, Daniel Varnmark

Əlavə köməkçi hakimlər: Stefan Yohannesson, Markus Stromberqsson (hamısı İsveç)

Dördüncü hakim: Daniele Orsato (İtaliya)

Ehtiyat yan xətt hakimi: Mauro Tonolini (İtaliya)

Hakim-inspektor: Yap Uilenberq (Hollandiya)

UEFA nümayəndəsi: Ales Zavrl (Sloveniya)

Tuluza. Şəhər stadionu

 

23:00. Slovakiya – İngiltərə

Baş hakim: Karlos Velasko Karbalyo

Yan xətt hakimləri: Roberto Alonso Fernandes, Xuan Karlos Ximenes

Əlavə köməkçi hakimlər: Xesus Gil Manzano, Karlos del Serro (hamısı İspaniya)

Dördüncü hakim: Antonio Damato (İtaliya)

Ehtiyat yan xətt hakimi: Elenito di Liberatore (İtaliya)

Hakim-inspektor: Herbert Fandel (Almaniya)

UEFA nümayəndəsi: Nodar Axalkatsi (Gürcüstan)

Sent-Etyenn. “Joffrua Qişar” stadionu

0