[b]AÇ-2016: 653 gün sonra gələn qol - FOTO[/b]
18.06.2016 - 20:22
[b]AÇ-2016: 653 gün sonra gələn qol - FOTO[/b]

Avropa çempionatının qrup mərhələsinin ikinci turu çərçivəsində baş tutan Belçika – İrlandiya matçında komandasının ikinci qoluna imza atan Aksel Vitsel uzun zaman sonra milli komandanın heyətində fərqlənib. Apasport.az saytının məlumatına görə, “Zenit”in üzvü növbəti qol sevincini yaşamaq üçün 653 gün gözləməli olub.

 

Tomas Manyenin ötürməsindən sonra başla rəqib qapıçını məyus edən 27 yaşlı yarımmüdafiəçi sonuncu dəfə 2014-cü ilin sentyabrında Avstraliya ilə görüşdə sevinmişdi.

 

Qeyd edək ki, Vitsel bu matçdan sonra UEFA-nın sorğusuna əsasən, matçın ən yaxşı oyunçusu seçilib. 

0