[b]AÇ-2016: Ruslar deportasiya edildi[/b]
18.06.2016 - 20:34
[b]AÇ-2016: Ruslar deportasiya edildi[/b]

Avropa çempionatının gedişatında iğtişaşlarda iştirak etdikləri üçün 20 rus azarkeş deportasiya edilib. Apasport.az saytının məlumatına görə, hüquq mühafizə orqanları tərəfindən ölkənin cənubundakı Nitsa şəhərindən ölkədən çıxarılan tərəfdarların arasında qatı sağçı tərəfdar dərnəyinin başçısı Aleksandr Spiriginin də olduğu bildirilib.

 

Qeyd edək ki, ötən çənbə günü Marseldə ingilis və rus azarkeşlər arasında baş verən dava-dalaşda dördü ağır olmaqla 35 azarkeş yaralanmış, 1 ingilis tərəfdar isə vəfat etmişdi.

0