[b]“Formula-1”: GP2 seriyasından son yarış başladı[/b]
19.06.2016 - 14:05
[b]“Formula-1”: GP2 seriyasından son yarış başladı[/b]

Bu gün Bakıda keçirilən “Formula-1” üzrə Avropa Qran-prisinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, əsas yarışdan öncə GP2 pilotları sonuncu dəfə Bakı trekinə çıxıblar.

 

Belə ki, onlar “Formula-1”ə dəstək məqsədilə keçirilən yarışda ikinci yürüşlərini edəcəklər. Yarışda bolidlərin start düzülüşü İyunun 18-də keçirilən yürüşdə 1-8-ci pillələrdə yer alan sürücülər bu dəfə əks qaydada start xəttinə çıxıblar. Digərləri isə birinci yarışın nəticələrinə uyğun olaraq düzülüblər.

 

Yarışın vaxtı 45 dəqiqəyə və ya 120 kilometrə qədər endirilib. Bundan əlavə, poul vəziyyəti qazanan pilot əlavə olaraq 4 xal, hər iki yarışda sürətli dövrə vuran pilotlar isə 2 xal qazanırlar.

 

Qeyd edək ki, GP2 iştirakçılarının ilk yürüşündə "Prema Racing" komandasından Antonio Covinatsi finişə birinci çatıb. ART komandasının üzvü Sergey Sirotkin ikinci, "Russian Time"dan Rafael Marçello isə üçüncü olub.

0