[b]“Formula-1”: Beş qəza və erkən vida[/b]
19.06.2016 - 14:43
[b]“Formula-1”: Beş qəza və erkən vida[/b]

Bu gün Bakıda təşkil olunan GP2 seriyasında ikinci yürüş də qəzasız ötüşməyib. Apasport.az saytının məlumatına görə, hazırda davam edən yarışda 5 pilot idarəetməni itirib.

 

"Rapax" komandasından Qustav Malya, "Pertamina Campos Racing"in üzvü Şon Gelael, "Arden International"dan Cimmi Eriksson, "Trident" komandasının pilotu Filo Pas Armand və ART-ın üzvü Nobuxara Matsişuta qəza keçiriblər.

 

Pilotların hamısı yarışı dayandırıblar. 

0