[b]“Formula-1”: Bakıda ən sürətli Niko Rosberq oldu[/b]
19.06.2016 - 18:37
[b]“Formula-1”: Bakıda ən sürətli Niko Rosberq oldu[/b]

Bakıda keçirilən “Formula-1” üzrə Avropa Qran-prisi başa çatıb. Apasport.az saytının məlumatına görə, 11 komandadan 22 pilotun qatıldığı 8-ci mərhələ əsas yarışla yekunlaşıb.

 

Belə ki, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın canlı izlədiyi Avropa Qran-prisinin qalibi “Mercedes” komandasından Niko Rosberq olub. O, finiş xəttinə 1:48,942 dəqiqəyə çatıb.

 

İkinci yeri ”Ferrari” komandasından Sebastian Fettel ( 1:48, 921) tutub. İlk üçlüyü isə "Force İndia"dan Serxio Peres qapayıb. Onun nəticəsi 1:48,269 dəqiqə olub.

 

Peresin cəriməsi olduğu üçün o, 3-cü olub.

 

Avropa Qran-prisindən sonra “Mercedes”in pilotu Niko Rosberq 141 xalla liderliyini davam etdirir. O, indiyədək keçirilən səkkiz mərhələdən beşində (Avstraliya, Bəhreyn, Çin, Rusiya və Avropa) qalib gəlib.

 

Avropa Qran-prisinin nəticələri:

 

1. Niko Rosberq - "Mercedes"

2. Sebastian Fettel - "Ferrari"

3. Serxio Peres - "Force İndia"

4. Kimi Raykonnen - "Ferrari"

5. Lüis Hamilton - "Mercedes"

6. Valtteri Bottas - "Uilyams"

7.Daniel Rikkardo - "Red Bull Racing"

8. Maks Ferstappen - "Toro Rosso"

9. Niko Hülkenberq - "Force İndia"

10. Felipe Massa - "Uilyams"

11. Censon Batton - "McLaren"

12. Felipe Nasr - "Sauber"

13. Roman Qrojan - "Haas"

14. Kevin Maqnussen - "Renualt"

15. Kolion Palmer - "Renault"

16. Estabean Qutyerres - "Haas"

17. Markus Erikson - "Sauber"

18. Rio Haryanto - "Manor"

19. Fernando Alonso - "McLaren" - Mübarizəni dayandırıb

20. Paskal Verlyayn - "Manor"- Mübarizəni dayandırıb

21. Karlos Saynts - "Toro Rosso"- Mübarizəni dayandırıb

22. Daniel Kvyat - "Toro Rosso"- Mübarizəni dayandırıb

 

“Formula-1” üzrə növbəti mərhələ iyulun 1-3-də Avstriya Qran-prisi olacaq.

 

Qeyd edək ki, ilk dəfə Bakıda təşkil olunan “Formula-1” üzrə Avropa Qran-prisində pilotlar 6.003 km uzunluğu olan Bakı Şəhər Halqasında 51 dövrə vurublar. Əvvəlki günlərdə isə yarış iştirakçıları treki və avtomobillərini sınaqdan keçiriblər. Sərbəst yürüşlərdə Luis Hamilton bütün rəqiblərini qabaqlayaraq ən yaxşı nəticə göstərib.

0