[b]AÇ-2016: Xorvatiyada ciddi itkilər[/b]
19.06.2016 - 19:48
[b]AÇ-2016: Xorvatiyada ciddi itkilər[/b]

Avropa çempionatının qrup mərhələsinin sonuncu turunda İspaniya ilə qarşılaşacaq Xorvatiya millisi bir neçə əsas oyunçusunun xidmətindən istifadə edə bilməyəcək. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Çexiya ilə qarşılaşmada zədələnən Luka Modriçin növbəti matçı buraxacağı əvvəldən məlum idisə, bu siyahıya daha iki oyunçu əlavə olunub.

 

Belə ki, hücumçu Mario Mancukiç və müdafiəçi Vedran Çorluka da “şahmatçılar”a İspaniya qarşısında kömək edə bilməyəcəyi gözlənilir.

 

Qeyd edək ki, Xorvatiya millisi iki oyundan sonra 4 xalla qrupda ikinci pillədə qərarlaşıb.

0