[b]AÇ-2016: Qruplarda son təyinatlar açıqlandı[/b]
20.06.2016 - 12:14
[b]AÇ-2016: Qruplarda son təyinatlar açıqlandı[/b]

Avropa çempionatında qrup mərhələsinin son oyularının hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA iyunun 22-də keçiriləcək E və F qruplarında axırıncı turun görüşlərinin təyinatlarını açıqlayıb.

 

E qrupundakı İsveç – Belçika matçında almaniyalı Feliks Brix fit çalacaq. Lider İtaliyanın İrlandiya ilə qarşılaşmasını isə rumıniyalı Ovidiu Hateqan idarə edəcək.

 

F qrupunun kritik Macarıstan – Portuqaliya oyunu təcrübəli ingiltərəli referi Martin Atkinsona həvalə edilib. İslandiya ilə Avstriyanın mübarizəsinə isə polşalı Şimon Marçinyak şahidlik edəcək.

 

 

Avropa çempionatı - 2016

22 iyun

 

F qrupu

20:00. İslandiya - Avstriya

Baş hakim: Şimon Marçinyak 

Yan xətt hakimləri: Pavel Sokolniçki, Tomaş Listkieviç

Əlavə köməkçi hakimlər: Pavel Raçkovski, Tomaş Musial (hamısı Polşa)

Dördüncü hakim: Mark Klattenburq (İngiltərə)

Sen-Deni. “Stad de Frans”

 

20:00. Macarıstan - Portuqaliya

Baş hakim: Martin Atkinson

Yan xətt hakimləri: Maykl Mellerki, Stefen Kild

Əlavə köməkçi hakimlər: Maykl Oliver, Kreyq Pouson (hamısı İngiltərə)

Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)

Lion. Şəhər stadionu

 

E qrupu

23:00. İtaliya - İrlandiya

Baş hakim: Ovidiu Hateqan 

Yan xətt hakimləri: Oktavian Șovre, Sebastian George

Əlavə köməkçi hakimlər: Aleksandru Tudor, Sebastian Kolţesku (hamısı Rumıniya)

Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan)

Lill. “Pyerr Morua” stadionu

 

23:00. İsveç - Belçika

Baş hakim: Feliks Brix

Yan xətt hakimləri: Mark Borş, Stefan Lupp

Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits (hamısı Almaniya)

Dördüncü hakim: Matey Yuq (Sloveniya)

Nitsa. Şəhər stadionu

0