[b]AÇ-2016: Beyl vahid bombardir oldu[/b]
21.06.2016 - 09:12
[b]AÇ-2016: Beyl vahid bombardir oldu[/b]

Qrup mərhələsi başa çatmaq üzrə olan Avropa çempionatında bombardirlik yarışında da gərgin mübarizə gedir. Apasport.az saytının məlumatına görə, bombardirlik yarışında təkhakimiyyətlilik yaranıb.

 

Belə ki, B qrupunun son turunda Rusiya üzərində böyükhesablı (3:0) qələbə qazanan Uelsin heyətində Qaret Beyl növbəti qolunu vurub. Qrup mərhələsində hər matçda 1 dəfə fərqlənən ulduz futbolçu bununla qollarının sayını 3-ə çatdıraraq, vahid liderliyə yüksəlib.

 

Onu 2 qolla Romelu Lukaku (Belçika), Dmitri Paye (Fransa), Boqdan Stanku (Rumıniya) və Alvaro Morata (İspaniya) izləyirlər.

 

Qeyd edək ki, Uels millisi B qrupunun lideri kimi 1/8 final mərhələsinə vəsiqə qazanıb.

0