[b]ABŞ Azərbaycana gətirəcəyi heyəti açıqladı[/b]
21.06.2016 - 11:39
[b]ABŞ Azərbaycana gətirəcəyi heyəti açıqladı[/b]

ABŞ sentyabrın 1-dən 14-dək Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadası üçün heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, komanda əsasən milliləşdirilmiş şahmatçılarla paytaxtımıza gələcək.

 

Kişilərin yarışında ABŞ-ın şərəfini Fabiano Karuana, Hikaru Nakamura, Uesli So, Rey Robson və Samuel Şenklend qoruyacaq. Onlara Con Donaldson kapitanlıq edəcək.

 

Qadın şahmatçıların mübarizəsində isə ABŞ İrina Kruş, Anna Zatonski, Katerina Nemtsova, Nazi Paikidze və Sabina Foyşor çıxış edəcək. Onların Bakıda kapitanı Yaser Seyravan olacaq. 

0