[b]Millimizin yeni baş məşqçisinin nəticələr, yaxud Tofiq Heydərov kimdi?[/b]
21.06.2016 - 17:53
[b]Millimizin yeni baş məşqçisinin nəticələr, yaxud Tofiq Heydərov kimdi?[/b]

 

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Tofiq Heydərovun kimliyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, bu postda dünya çempionu Nizami Paşayevi əvəzləyən mütəxəssis 1972-ci ildə Lənkəranda anadan olub.

 

İdmançı kimi Atlanta-1996-da millimizin heyətində yer alan Heydərov 1988-ci ildən SSRİ idman ustası, 2011-ci ildən beynəlxalq dərəcəli hakimdi. 1989-cu ildə Azərbaycanın üçrəngli bayrağı ilə SSRİ çempionatına çıxdığından təzyiqlərə məruz qalıb.

 

Müstəqillik illərində ölkəmizi bütün beynəlxalq yarışlarda təmsil edən ilk ağır atlet kimi tarixə düşən yeni baş məşqçi dəfələrlə Azərbaycan çempionu və rekordçusu olub. O, 2001-ci ildə idmançı karyerasını bitirib.

 

2010-cu ildə Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti postuna təyin edilib. 2011-ci ildə öz xahişi ilə vəzifəsindən ayrılıb. O, həmçinin “AAAF İnşaat MMC”nin təsisçisi, özünün rəhbərlik etdiyi “Zirvə” İdman Klubunun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs”ın prezidentidi.

 

Aşağı yaş qruplarını və beynəlxalq turnirləri nəzərə almasaq, Heydərov ciddi uğuru yoxdu. Onun böyüklər arasında ən yaxşı nəticəsi 5-ci yerdi.

 

Turnir

Yer

Tarix

Çəki

Birdən qaldırma (kq)

Təkanla qaldırma (kq)

Toplam

Yer

1

2

3

Nəticə

1

2

3

Nəticə

66-cı dünya çempionatı

İstanbul

1994, noyabr

82.84

142.5

150.0

155.0

150.0

175.0

-

-

175.0

325.0

20

75-ci Avropa çempionatı

Stavanger

1996-cı il, aprel

82.55

145.0

145.0

152.5

152.5

182.5

187.5

187.5

182.5

335.0

5

XXVI Olimpiya Oyunları

Atlanta

1996, iyul

82.83

150.0

160.0

162.5

150.0

180.0

190.0

190.0

180.0

330.0

11

76-cı Avropa çempionatı

Riyeka

1997, may

83.00

160.0

160.0

160.0

-

-

-

-

-

-

-

77-ci Avropa çempionatı

Riesa

1998, aprel

88.80

157.5

157.5

157.5

157.5

185.0

192.5

197.5

197.5

350.0

14

69-cu dünya çempionatı

Lahti

1998, noyabr

84.95

155.0

160.0

160.0

155.0

185.0

195.0

195.0

185.0

340.0

15

78-ci Avropa çempionatı

La-Korunya

1999, aprel

84.88

150.0

150.0

152.5

150.0

180.0

180.0

180.0

-

-

-

71-ci dünya çempionatı

Antalya

2001, noyabr

93.78

150.0

155.0

160.0

160.0

180.0

190.0

190.0

190.0

340.0

16

 

0