[b]AÇ-2016: İlk “ən yaxşı 3-cü” bilindi[/b]
21.06.2016 - 22:35
[b]AÇ-2016: İlk “ən yaxşı 3-cü” bilindi[/b]

Avropa çempionatının qrup mərhələsinin üçüncü turu çərçivəsində baş tutan Şimali İrlandiya – Almaniya və Polşa – Ukrayna oyunlarından sonra 1/8 final mərhələsinə yüksəlmiş daha 3 komandanın adına aydınlıq gəlib.

 

Belə ki, rəqiblərinə qalib gələn Almaniya və Polşa milliləri uyğun olaraq qrupda 1 və 2-ci yerləri tutduqları üçün mübarizəni davam etdirəcəklər.

 

6 qrupda 3-cü yeri tutan komandalar arasında ən yaxşı göstəriciyə malik 4 kollektivin növbəti mərhələyə adlayacağı bəlli idi. Artıq ən yaxşı 3-cülərdən biri də məlum olub. Bu, Slovakiya millisidir.

 

Dünən İngiltərə ilə qolsuz bərabərliyə razılaşan Slovaklar xallarını 4-ə yüksəldib. Bu gün Almaniyaya minimal hesabla uduzan Şimali İrlandiya isə 3 xalda qalıb. Nəzərə alsaq ki, A qrupunun 3-cüsü Albaniyanın da 3 xalı var, deməli Slovakiya hər iki kollektivi qabaqlayıb və ən yaxşı 4-lükdə yer almağı təmin edib.

 

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk cütlüyü də müəyyənləşib. Bu, İsveçrə - Polşa dueli olacaq. Həmin oyun 25 iyunda Sent-Etyendə “Cofri Qişard” arenasında oynanılacaq.

0