[b]AÇ-2016: Ukraynanın Avropa çempionatındakı tək uğuru - FOTO[/b]
22.06.2016 - 00:05
[b]AÇ-2016: Ukraynanın Avropa çempionatındakı tək uğuru - FOTO[/b]

Avropa çempionatının qrup mərhələsinin üçüncü turu çərçivəsində baş tutan Ukrayna – Polşa matçı birincilərin məğlubiyyəti ilə yekunlaşıb (0:1). Apasport.az saytının məlumatına görə, bununla da Ukrayna millisi turnirdə keçirdiyi bütün matçlarda məğlub olaraq, çempionatı heç qol vurmadan və xalsız tamamlayıb.

 

Ancaq UEFA-nın azarkeşlər arasında keçirdiyi sorğunun nəticəsinə görə sözügedən matçın ən yaxşı oyunçusu ukraynalı Ruslan Rotan hesab olunub. Komandasını kapitan kimi meydana çıxaran yarımmüdafiəçi 90 dəqiqə meydanda olub.

 

Bunu həm də Mixail Fomenkonun yetirmələrinin Avropa çempionatındakı yeganə uğuru kimi təqdim etmək olar.

0