[b]AÇ-2016: Türkiyədən Şimali İrlandiyaya tarixi "jest"[/b]
22.06.2016 - 02:40
[b]AÇ-2016: Türkiyədən Şimali İrlandiyaya tarixi "jest"[/b]

Avropa çempionatının qrup mərhələsində Çexiyaya 2:0 hesabı ilə qalib gələn Türkiyə millisi 1/8 final şansını saxlasa da, bu qələbə sayəsində Şimali İrlandiya millisinin artıq növbəti tura çıxacağı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 3 xalı olan “yaşıllar” daha yaxşı top fərqinə görə özləri kimi 3 xallı iki komandanı – Türkiyə və Albaniyanı qabaqlayıb.

 

Belə ki, britaniyalıların vurduğu və buraxdığı qolların fərqi 0-a (2:2) bərabərdi. Türkiyə və Albaniyada isə bu göstərici -2-dir (uyğun olaraq 2:4 və 1:3).

 

Bundan əlavə, hələ qrupdakı son oyununa çıxmamış, ancaq 4 xala malik olan Macarıstan millisi də artıq növbəti mərhələ sevincini qeyd edə bilər. Belə ki, macarlar Portuqaliyaya uduzsalar və İslandiya – Avstriya matçının nəticəsindən asılı olmayaraq ən pis halda ən yaxşı 3-cü yerin sahibi kimi növbəti tura adlayacaqlar.

0