[b]AÇ-2016: Türkiyəyə məğlub oldu, millidən getmək fikrinə düşdü[/b]
22.06.2016 - 10:51
[b]AÇ-2016: Türkiyəyə məğlub oldu, millidən getmək fikrinə düşdü[/b]

Fransada keçirilən Avropa çempionatı ilə erkən vidalaşan komandalardan biri də Çexiya yığması olub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, son turda Türkiyəyə məğlub uduzmaqla, qrup üçüncülüyü şansını itirən çexlərdə qapıçı Petr Çex azarkeşləri məyus edib.

 

Belə ki, 0:2 hesablı məğlubiyyətdən sonra üzgün olduğunu bildirən ulduz futbolçu millidən getmək barədə düşündüyünü söyləyib. 34 yaşlı qapıçı baş məşqçi ilə görüşdükdən sonra qərarını qətiləşdirəcəyini deyib: “Yığma karyeramı bitirmək fikrindəyəm. Bunu ciddi şəkildə düşünəcəm. DÇ-2018-in seçmə mərhələsi öncəsi son qərarımı verəcəm. İlk növbədə baş məşqçimizlə görüşməliyəm”.

 

Qeyd edək ki, Çexiya yığması qrupun digər matçlarında İspaniyaya (0:1) məğlub olub, Xorvatiya ilə (2:2) heç-heçə edib.

0