[b]Almeyda+Reynaldo+Migel > “Dudelanj”[/b]
22.06.2016 - 15:45
[b]Almeyda+Reynaldo+Migel > “Dudelanj”[/b]

Ardıcıl 3-cü dəfə Azərbaycan çempionu adını qazanan “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində Lüksemburqun “Düdelanj” klubu ilə üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi rəqibindən 4 dəfədən çox dəyərlidi.

 

Bu qənaətə komandaların və futbolçuların məşhur transfermarkt.de saytında göstərilən qiymətlərinə əsasən gəlmək olur.

 

Alman həmkarlarımızın dəyərləndirməsinə görə, “Qarabağ” klubunun ümumi dəyəri 11 milyon 780 min avrodu. “Köhlən atlar”la müqayisədə cırtdan ölkə nümayəndəsi “Düdelanj”ın ümumi qiyməti 2 milyon 700 min avroya bərabərdi. Yəni Lüksemburq birincisinin dəyəri Azərbaycan çempionunun dəyərindən 4,3 dəfə azdı.

 

Maraqlıdı ki, “Qarabağ”ın 3 futbolçusunun dəyərinin cəmi də “Düdelanj”ın ümumi dəyərindən artıqdı. Belə ki, 1 milyon 200 minlik Riçard Almeyda və 1 milyonluq Reynaldo ilə Migel Maderanın qiymətini toplasaq, 3 milyon 200 min avroya bərabər olar. Bu isə “Düdelanj”ın dəyərindən nə az, nə çox, düz 500 min avro artıq deməkdi.

 

Yeri gəlmişkən, “Qarabağ”ın ən bahalı futbolçusu kimi Riçard Almeyda göstərilib. Onunla müqayisədə həmyerlisi Reynaldo və ispaniyalı Migel Maderanın dəyəri 200 min avro aşağıdı. Sıralamada növbəti pilləni Dani Kintana ilə İbrahim Şehiç paylaşır. İspaniyalı yarımmüdafiəçi kimi, bosniyalı qolkiperin də dəyəri 800 min avrodu. 

 

Maraq üçün qeyd edək ki, “Qarabağ”ın digər ən dəyərli futbolçuları Əlhərbi Əl Jadeyui (750 min), Qara Qarayev (500 min), Muarem Muarem və Bədavi Hüseynovdu (hər ikisi 450 min). Kapitan Rəşad Sadıqovun dəyəri isə 300 min avro olaraq göstərilib.

 

“Düdelanj”ın ən qiymətli futbolçularının dəyəri isə 200 min avroya bərabərdi. İki oyunçu bu qiyməti daşıyır ki, bunlar Sanel İbrahimoviç və Rodriqe Dikabadı. Sonrakı pillələrdə David Turpel, Cerri Prempe və Tom Şnell qərarlaşıb. Hər üç futbolçusunun ayrı-ayrılıqda dəyəri 175 min avrodu. Daniel da Mota, Stelvio Kruz və Joel Pedro isə 150 min avroluq futbolçular sayılırlar.

 

Qeyd edək ki, “Qarabağ” və “Düdelanj” arasında ilk oyun 12-13 iyulda Bakıda, cavab matçı isə 1 həftə sonra səfərdə keçiriləcək.  

 

 

 

0