[b]“Ölüm-qalım oyunlarını həmişə Türkiyə qazanır” – DÜNYA MƏTBUATINDA BAŞLIQLAR[/b]
22.06.2016 - 17:29
[b]“Ölüm-qalım oyunlarını həmişə Türkiyə qazanır” – DÜNYA MƏTBUATINDA BAŞLIQLAR[/b]

AÇ-2016-da Türkiyə yığmasının Çexiya üzərində qazandığı qələbəyə dünya mətbuatında geniş yer verilib. Apasport.az saytı xəbər verir ki, bir çox nəşrlərdə “ay-ulduzlular”ın 2:0 hesablı qalibiyyəti fərqli başlıqlarla işıqlandırılıb.

 

Tanınmış mətbu orqanlarda yer almış fikirləri sizə təqdim edirik:

 

“Marca” qəzeti (İspaniya): “Türkiyə öz Avropa çempionatına başlayır. Gec oldu, amma Türkiyə yığması hələ var”. 

 

AS qəzeti (İspaniya): “Türkiyə kimi bu qədər möcüzə axtaran və möhtəşəm gücə malik olan başqa yığma yoxdu. Ölüm-qalım oyunlarını həmişə Türkiyə qazanır, bu dəfə də elə oldu”.

 

“El Mundo Deportivo” qəzeti (İspaniya): "Ardanın Türkiyəsi həyatta qalmağa davam edir”.

 

“Sport” qəzeti (İspaniya): “Bir ayağı AÇ-dən bayırda olan Türkiyə ümidini davam etdirir”

 

“Expressen” qəzeti (İsveç): “İsveç üçün kabus, Türkiyə qazandı”

 

“Aftonbladet” qəzeti (İsveç): "Kabus kimi hesab"

 

SVT televiziyası (İsveç): "İsveçin qələbə qazanmaqdan başqa yolu qalmadı"

 

“Jyllands-Posten” qəzeti (Danimarka): "Əmrə Morun super assisti Türkiyəni qələbəyə daşıdı”

 

DR televiziyası (Danimarka): “Əmrə Mor Türkiyənin ümidlərini davam etdirdi"

 

NOS televiziyası (Hollandiya): “Türkiyə son anda qurtuldu, amma hələ yetərli deyil”

 

De Telegraaf” qəzeti (Hollandiya): "Türkiyə ümidini qoruyur”

 

De Volkskrant” qəzeti (Hollandiya): "Türkiyə gözlənilmədən Çexiyanı evinə göndərdi”

 

“L'Equipe” qəzeti (Fransa): "Əmrə Mor türkcə bilməməsinə rəğmən, Türkiyəyə həyat verdi”

 

Bangkok Post” qəzeti (Tailand): “Ozan Tufandan öldürücü zərbə”

 

 

0