[b]Möcüzə baş vermədi![/b]
23.06.2016 - 00:59
[b]Möcüzə baş vermədi![/b]

Avropa çempionatının qrup mərhələsinin oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, son oyuna qədər növbəti mərhələyə çıxmaq şanslarını qoruyub saxlayan Türkiyə millisinin sonda arzusu çin olmayıb.

 

1/8 finalda oynamaq üçün möcüzəyə ümid bəsləyən Fatih Terimin yetirmələri üçün bu möcüzə baş verməyib. Belə ki, əvvəlcə Macarıstanla heç-heçə oynayan və 3-cü xalını qazanan Portuqaliya top fərqinə görə “qırmızılar”ı geridə qoyub.

 

Ardınca isə İtaliyaya qalib gələn İrlandiya xalını 4-ə yüksəldərək ən yaxşı 3-cü yerlərin sıralamasında Türkiyəni qabaqlayıb.

 

Slovakiya (4 xal), İrlandiya (4), Şimali İrlandiya (3) və Portuqaliyadan (3) geri qalan “ay-ulduzlular” Albaniya ilə birlikdə ən zəif 3-cü olub.

0