[b]Amerika Kuboku: Argentinanın finaldakı rəqibi müəyyənləşdi[/b]
23.06.2016 - 09:31
[b]Amerika Kuboku: Argentinanın finaldakı rəqibi müəyyənləşdi[/b]

ABŞ-da keçirilən Amerika Kubokunda ikinci finalçı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarımfinal mərhələsində Çili ilə Kolumbiya yığmaları üz-üzə gəliblər.

 

Matça sürətli başlayan Çili millisi ilk 11 dəqiqədə vurduğu 2 qol sayəsində qələbə qazanaraq, finala adlayıb. Xuan Antonio Pitsinin yetirmələri həlledici qarşılaşmada Argentina ilə üz-üzə gələcəklər. Maraqlıdı ki, bu komandalar qrupdan birlikdə çıxmışdılar. Qrup mərhələsində  Argentina rəqibi üzərində 2:1 hesablı qələbə qazanmışdı.

 

Qeyd edək ki, iyunun 26-da 3-cü yer uğrunda görüşdə ABŞ-la Kolumbiya (Bakı vaxtı ilə saat 04:00) üz-üzə gələcək. Bir gün sonra baş tutacaq Argentina – Çili finalı isə Bakı vaxtı ilə saat  04:00-da başlayacaq.

 

 

Amerika Kuboku-2016

Yarımfinal

 

Kolumbiya – Çili – 0:2

Qollar: Aranquiz, 7; Fuenzalida, 11

 

0