[b]“Futbolçulara heç bir iradım yoxdu” – Antonio Konte[/b]
23.06.2016 - 10:01
[b]“Futbolçulara heç bir iradım yoxdu” – Antonio Konte[/b]

“Heç nəyə görə məyus olmuram. Futbolçularım meydanda bütün güclərini qoydular”. Apasport.az saytı xəbər verir ki, bu sözləri İtaliya yığmasının baş məşqçisi Antonio Konte deyib.

 

AÇ-2016-nın qrup mərhələsinin son turunda İrlandiyaya uduzan (0:1) İtaliya yığmasının çalışdırıcısı oyundan sonra fikirlərini bölüşüb.

 

O, yetirmələrinə heç bir iradının olmadığını bildirib: “Fiziki cəhətdən çətinliklə üzləşdik. Nəticə məni məyus edir, amma futbolçularıma heç bir iradım yoxdu. Onlar əllərindən gələni etdilər”.

 

Növbəti mərhələyə qrup birincisi kimi adlayan “Skuadra Adzurra” 1/8 finalda İspaniya ilə üz-üzə gələcək. Bu görüşlə bağlı da danışan Konte güclünün kimliyinə matçın aydınlıq gətirəcəyini qeyd edib: “Öz komandamı İspaniya ilə müqayisə edə bilmərəm. Kimin güclü olduğu meydanda görünəcək. Biz artıq Belçika kimi komandanı məğlubiyyətə uğratmışıq. Onlar da kağız üzərində İtaliyadan güclü sayılırdılar. Həmin nəticəyə niyə də İspaniya ilə matçda imza atmayaq?”.   

0