[b]İbrahimoviç yığmadan getdi: İlk qolunu Azərbaycana vurmuşdu[/b]
23.06.2016 - 10:16
[b]İbrahimoviç yığmadan getdi: İlk qolunu Azərbaycana vurmuşdu[/b]

İsveç yığmasının kapitanı Zlatan İbrahimoviç milli ilə vidalaşıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu bunu Belçika ilə dünənki qarşılaşmadan əvvəl açıqlayıb.

 

Avropa çempionatının qrup mərhələsində uğursuz çıxış edən isveçlilər son olaraq Belçikaya da (0:1) məğlub olaraq mübarizəni dayandırıblar. Dünənki qarşılaşma isə Zlatanın milli formada son oyunu olub.

 

Qeyd edək ki, 2001-ci ildən İsveç millisinə çağırılan Zlatan İbrahimoviç 2002 və 2006-cı illərdə dünya, 2004, 2008, 2012 və 2016-cı illərdə isə Avropa çempionatında iştirak edib. Millidə ilk qolunu Azərbaycan yığmasının qapısından keçirən 34 yaşlı forvard ümumilikdə 116 dəfə meydana çıxıb, 62 qola imza atıb.

 

0