[b]Zəriflərimiz hazırlığa başladı - FOTO[/b]
23.06.2016 - 12:20
[b]Zəriflərimiz hazırlığa başladı - FOTO[/b]

Bakı Şahmat Olimpiadasında iştirak edəcək qadın şahmatçılardan ibarət Azərbaycanın birinci və ikinci komandası Qəbələdə təlim-məşq toplanışına başlayıb. Apasport.az saytının xəbərinə görə, ilk hazırlıq mərhələsində Zeynəb Məmmədyarova, Gülnar Məmmədova, Nərmin Kazımova, Günay Məmmədzadə, Aydan Höcətova, Nərmin Xələfova, Xəyalə Abdulla, Türkan Məmmədyarova, Nərgiz Umudova və Ülviyyə Fətəliyeva iştirak edir. Təlim-məşq toplanışı başa çatandan sonra birinci və ikinci komandanın heyəti müəyyənləşəcək.

Bakı Şahmat Olimpiadasının mətbuat xidməti xəbər verir ki, qadın şahmatçılarımız Qəbələdə məşqçilər Fikrət Sideyifzadə, Konstantin Landa, Anar Allahverdiyev və Fərid Abbasovun rəhbərliyi altında hazırlaşır.

0