[b]“Qəbələ”nin rəqibi Buxarest “Dinamo”suna dərs keçdi[/b]
23.06.2016 - 13:14
[b]“Qəbələ”nin rəqibi Buxarest “Dinamo”suna dərs keçdi[/b]

Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olacaq “Samtredia” Sloveniya toplanışında ilk yoxlama oyununu keçirib. Apasport.az saytı xəbər verir ki, Gürcüstan təmsilçisi Buxarest “Dinamo”su ilə qarşılaşıb.

 

Mariborda baş tutan qarşılaşmada “Samtredia” inamlı qələbə qazanıb. Belə ki, Giya Tsedsadzenin yetirmələri 90 dəqiqə ərzində rəqib qapısından 5 top keçirməyə müvəffəq olublar. “Dinamo” isə bu qollardan yalnız birinin əvəzini çıxa bilib. Nəticədə qarşılaşma “Samtredia”nın 5:1 hesablı qalibiyyəti ilə yekunlaşıb.

 

“Qəbələ”nin rəqibinin heyətində Georgi Datunaişvili, Georgi Mçedlişvili və Budu Zivzivadze hərəyə 1, Baçana Arabuli isə 2 qola imza atıb.

 

Qeyd edək ki, “Qəbələ”nin “Samtredia” ilə ilk görüşü iyunun 30-da Bakıda, cavab qarşılaşması isə 1 həftə sonra Zestafonidə keçiriləcək.

 

 

0