[b]"Bu, əxlaqsızlıqdı" - Terim məhkəməyə üz tutdu[/b]
23.06.2016 - 14:18
[b]"Bu, əxlaqsızlıqdı" - Terim məhkəməyə üz tutdu[/b]

 

Türkiyə millisinin baş məşqçisi Fatih Terim vətənə dönər-dönməz məhkəməyə müraciət edib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, mütəxəssis konkret 21 nəfəri məhkəməyə verib.

 

Buna səbəb Avropa çempionatında İspaniyaya böyük hesablı (0:3) məğlubiyyətdən sonra bəzi azarkeşlərin sosial şəbəkələr vasitəsilə Fatih Terimi, qızı Buse Terimi və kürəkəni Volkan Bahçekapılını təhqir etməsi olub.

 

Terim ailəsinin vəkili Rezan Epözdemir İstanbul Cümhuriyyət Prokurorluğuna bununla bağlı rəsmi müraciət edib. O, təhqiramiz sözlər işlədən 21 nəfərin cəzalandırılmasını istəyir.

 

Vəkil ərizəsində “instagram” və “twitter” hesabı vasitəsilə ağır ifadələr işlədən şəxslərlə bağlı bu sözlərə yer verib: “Tənqid etmək və sevməmək bir seçimdi və hər kəsin buna haqqı var. Ancaq tənqid həddini aşaraq bir insanın doğulmamış nəvəsinin və ailə üzvlərinin ünvanına təhqirlər yağdırmaq yüngül desək, əxlaqsızlıqdı. Həmin insanlara dəyən mənəvi ziyanı qarşılamaq mümkün deyil. Bütün bu sözlər hamilə olan Buse xanımın da səhhətinə mənfi təsir edib. Onlar vicdanları sızladacaq mahiyyətdə qarğışa məruz qalıblar”.

 

0