[b]Albaniyalı futbolçu rəsmən “Zirə”də - FOTO[/b]
23.06.2016 - 16:26
[b]Albaniyalı futbolçu rəsmən “Zirə”də - FOTO[/b]

Topaz Premyer Liqasının gümüş mükafatçısı “Zirə” növbəti transferini həyata keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi bu dəfə əcnəbi oyunçu ilə anlaşıb.

 

Mövsümlərarası fasilədə Tural Cəlilov, Yamin Ağakərimzadə, Yasin Həmid, Murad Səttarlı və Cəmil Hacıyevi heyətinə cəlb edən “Zirə”nin növbəti transferi albaniyalı Gerhard Proqni olub. 29 yaşlı yarımmüdafiəçi yeni komandası ilə artıq rəsmi sazişə qol çəkib. Anlaşmaya görə, “Şkenderbeu”dan alınan Albaniyanın U-19 və U-21 yığmalarının sabiq üzvü qarşıdakı iki mövsümdə “Zirə”yə məxsus olacaq.

 

Yeri gəlmişkən, növbəti mövsümə hazırlaşan “Zirə” məşqlərə artıq start verib. Komanda toplanışa Zirə İdman Kompleksində başlayıb.

 

Qeyd edək ki, “Zirə” yay fasiləsində Nicat Qurbanov, Tərzin Cahangirov, Sadiq Quliyev, Tellur Mütəllimov, Nelson Bonilla, Rəşad Abdullayev, Ruslan Poladov, Çimezi Mbah, Dieqo Souza, Luis Alberto Diez, Viktor İbekoyi və İqor İvanoviçlə yollarını ayırıb.

 

0