[b]Namaşko və Quruli AZAL-dan kənarda qaldı[/b]
23.06.2016 - 17:08
[b]Namaşko və Quruli AZAL-dan kənarda qaldı[/b]

İyunun 20-dən bir araya gələn AZAL klubu növbəti mövsümün hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər” məşqlərini Şüvəlanda keçirirlər.

 

Bu gün isə komanda çimərlik kənarında hazırlıq keçib. Baş məşqçi Tərlan Əhmədov indiki məqamda daha çox fiziki hazırlığa üstünlük verir.

 

Rail Məlikovun “Sumqayıt”a, Murad Səttarlının isə “Zirə”yə keçidinə mane ola bilməyən AZAL-ın təlim-məşq toplanışına daha 2 futbolçu qatılmayıb. Söhbət moldovalı qapıçı Stanislav Namaşko və gürcüstanlı yarımmüdafiəçi Aleksandr Qurulidən gedir. Onların Bakıya gəlməməsinin səbəbi açıqlanmayıb.

 

Qeyd edək ki, AZAL Topaz Premyer Liqasının 2015/2016 mövsümünü 7-ci pillədə başa çatdırıb.

 

0