[b]Ronaldonun karyerasını bitirəcəyi klubun adı müəyyənləşdi[/b]
23.06.2016 - 17:25
[b]Ronaldonun karyerasını bitirəcəyi klubun adı müəyyənləşdi[/b]

“Real”ın hücumçusu Kriştianu Ronaldo karyerasını “kral klubu”nda davam etdirmək qərarını qətiləşdirib. Apasport.az saytının İspaniyanın “Marca” qəzetinə istinadən məlumatına görə, portuqaliyalı futbolçu yeni müqaviləyə razılıq verib.

 

Belə ki, anlaşması 2018-ci ilə qədər olan Ronaldo bunun müddətini daha 2 il uzatmağa razılıq verib. Tərəflər arasında artıq rəsmi müqavilə də imzalanıb. Futbolçunun 21 milyon avroluq illik məvacibində bir dəyişiklik olmayacaq.

 

2020-ci ildə 35 yaşı olacaq CR7 məhz həmin vaxt “Real”ın futbolçusu kimi karyerasını bitirmək fikrindədi.

 

Qeyd edək ki, Ronaldo 2009-cu ildən “Real”ın formasını geyinir.

0