[b]“Qalatasaray” rəsmisi: Fatih Terimlə anlaşdıq[/b]
23.06.2016 - 17:32
[b]“Qalatasaray” rəsmisi: Fatih Terimlə anlaşdıq[/b]

Türkiyə yığmasının baş məşqçisi Fatih Terim yenidən “Qalatasaray”ın “sükanı arxası”na keçəcək. Apasport.az saytının məlumatına görə, bunu İstanbul nəhənginin İdarə Heyətinin üzvü Ali Fatinoğlu bildirib.

 

Yerli mətbuata açıqlama verən klub nümayəndəsinin sözlərinə görə, “Qalatasaray”ın prezidenti Dursun Özbək yenidən Terimə zəng vuraraq, onu baş məşqçi postunda görmək istədiyini deyib. O, təcrübəli mütəxəssisin bu təklifi müsbət qarşıladığını da vurğulayıb.

 

Qeyd edək ki, Fatih Terim məşqçilik karyerası ərzində 3 dəfə (1996-2001, 2002-2004, 2011-2013) “Qalatasaray”ın “sükanı arxası”nda olub.

 

0