[b]Ansi Aqolli azarkeşlərlə görüşəcək[/b]
23.06.2016 - 18:02
[b]Ansi Aqolli azarkeşlərlə görüşəcək[/b]

AÇ-2016 ilə vidalaşan Albaniya yığması vətənə qayıdıb. Apasport.az bu ölkənin futbol federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Avropa çempionatının final mərhələsində debüt etmiş kollektiv paytaxt Tiranaya çatıb.

 

“Qarabağ”ın formasını geyinən Ansi Aqolli və onun millidəki komanda yoldaşları vətənə çarter reysi ilə qayıdıblar.

 

Avropa çempionatında debütant olmasına baxmayaraq, əzmkar çıxış göstərən Albaniya yığmasının üzvləri ilk olaraq, ölkənin Xarici İşlər Nazirliyinə yollanacaqlar.

 

Daha sonra isə azarkeşlərlə görüş təşkil ediləcək. Görüş paytaxt Tirananın “Tereza ana” adlanan məkanında baş tutacaq. Bura gələcək Albaniya yığmasının üzvləri azarkeşləri salamlayacaqlar.

 

Qeyd edək ki, albanlar yer aldıqları A qrupunda İsveçrəyə 0:1, Fransaya isə 0:2 hesabı ilə uduzub, Rumıniyaya qalib gəliblər - 1:0. Qrupda 3-cü yeri tutmağı bacaran kollektiv ən yaxşı nəticə göstərən 4 üçüncünün arasına düşə bilməyib.

 

0