[b]Çexiyanı millimizlə oyuna çıxaracaq baş məşqçi müəyyənləşdi[/b] - FOTO
24.06.2016 - 10:11
[b]Çexiyanı millimizlə oyuna çıxaracaq baş məşqçi müəyyənləşdi[/b] - FOTO

Çexiya yığmasının baş məşqçisi Pavel Vrbanın taleyinə aydınlıq gəlib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 53 yaşlı mütəxəssis postunda saxlanılıb.

 

Bunu Çexiya Futbol Assosiasiyasının prezidenti Miroslav Pelta deyib.

 

O, Avropa çempionatındakı uğursuzluğa baxmayaraq, komandanı DÇ-2018-in seçmə mərhələsinə məhz Vrbanın hazırlayacağını söyləyib: “Vrbanın dünya çempionatının seçmə mərhələsində komandanın “sükanı arxası”nda olmasında maraqlıyam. Onun yığmanı dünya çempionatına yaxşı hazırlayacağına inanıram”.

 

Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsində C qrupunda yer alan Çexiya millisi Almaniya, Şimali İrlandiya, Norveç, Azərbaycan və San-Marino ilə mübarizə aparacaq. Çexlərin yığmamızla ilk oyunu bu il oktyabr ayının 11-də baş tutacaq.

0