[b]“Neftçi”yə lazım olmayan hücumçu “Levski”yə keçir[/b]
24.06.2016 - 11:11
[b]“Neftçi”yə lazım olmayan hücumçu “Levski”yə keçir[/b]

“Neftçi”dən ayrılan Antonio Quinta karyerasını Bolqarıstanda davam etdirməyə çox yaxındı. Apasport.az saytı bu ölkənin mətbuatına istinadən xəbər verir ki, ispaniyalı hücumçu ilə “Levski” klubu danışıq aparır.

 

Bolqarlar hazırda azad agent statusunu daşıyan Anyete ləqəbli futbolçunu heyətlərinə qatmaqda israrlıdılar. Əslində, Quintanın adı “Levski” ilə bir müddət öncə də hallanırdı. Lakin həmin vaxt bu keçid baş tutmamışdı.

 

“Levski”yə Lyupko Petroviçin baş məşqçi keçməsindən və rəhbərlikdə edilən dəyişikliklərdən sonra Sofiya təmsilçisi yenidən Anyeteyə “elçi düşüb”. Bu keçidin baş tutmasında klubun yeni sədri Nikolay İliyev maraqlıdı.

 

Qeyd edək ki, Quinta Topaz Premyer Liqasının 2015/2016 mövsümündə 26 oyunda 3 qola imza atıb.

 

 

0