[b]“Neftçi”nin yeni transferi: Bu, irəli atılmış addımdı[/b]
24.06.2016 - 11:14
[b]“Neftçi”nin yeni transferi: Bu, irəli atılmış addımdı[/b]

"İlk gündən komandada olan atmosfer yaxşıdı, futbolçular çox mehribandılar. Oyunçular çox böyük səylə məşq edirlər”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin yeni transferi Dario Melnyak deyib.

 

Türkiyədə təlim-məşq toplanışında olan bakılıların 22 yaşlı futbolçusu klubun rəsmi saytına açıqlama verib.

 

Xorvatiyalı yeni komandasında uğur qazanacağına inandığını söyləyib: “Maltada keçiriləcək oyun üçün bütün hazırlıqlarımızı edirik. Bildiyimə görə, "Neftçi” Azərbaycan futbol liqasının ən titullu komandasıdı və bu liqa ildən-ilə daha da yaxşılaşır. "Neftçi” Avropa Liqasında oynayır və bu mənim üçün də yaxşı bir haldı. Bu mənim üçün irəli atılmış bir addımdı və düşünürəm ki, bu komanda ilə çox böyük uğurlar əldə edə bilərik”.

 

0