[b]Əvvəlcə Şahin Diniyev, sonra Oleq Bejenar[/b]
24.06.2016 - 12:48
[b]Əvvəlcə Şahin Diniyev, sonra Oleq Bejenar[/b]

UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Kəpəz” – “Daçiya” oyunundan bir gün öncə hər iki komandanın açıq məşqi və mətbuat konfransı təşkil olunacaq. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ilk olaraq, ev sahiblərinin məşqi keçiriləcək.

 

İyunun 27-də, saat 18:00-da “Dalğa Arena”da “Kəpəz”in mətbuat üçün açıq məşqi baş tutacaq. Saat 19:00-da isə baş məşqçi Şahin Diniyevin mətbuat konfransı olacaq.

 

Moldovanın klubunun baş məşqçisi Oleq Bejenarın mətbuat konfransı saat 19:30-a, komandanın məşqi isə saat 20:00-a planlaşdırılıb. Rəqib komandanın məşq prosesinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.  

 

0