[b]Azərbaycan yığmasında yeni məşqçi - FOTO[/b]
24.06.2016 - 12:52
[b]Azərbaycan yığmasında yeni məşqçi - FOTO[/b]

Futzal üzrə Azərbaycan millisinə yeni məşqçi təyin edilib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, fiziki hazırlıq üzrə məşqçisi vəzifəsi Biro Jadeyə həvalə olunub.

 

Bu gün AFFA-nın inzibati binasında Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov, AFFA-nın Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mikayıl Nərimanoğlu, futzal üzrə milli komandanın baş məşqçisi Milton Luiz Ziller Junior və məşqçi Biro Jadenin iştirakı ilə görüş keçirilib.

 

Görüşdə yığma komandanın hazırkı vəziyyəti, dünya çempionatının final mərhələsinə hazırlıq planları barədə ətraflı fikir mübadiləsi aparılıb.

0