“Arsenal” Fransa yığmasının üzvünə təklif göndərdi
24.06.2016 - 13:57
“Arsenal” Fransa yığmasının üzvünə təklif göndərdi

Fransa yığmasının və “Lester”in yarımmüdafiəçisi Nqolo Kante komandasını dəyişə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, onunla “Arsenal” maraqlanır.

 

Bunu “topçular”ın baş məşqçisi Arsen Venger də təsdiqləyib: “Kante bir çox klubun maraq dairəsindədi. Odu ki, onu transfer edib-etməyəcəyimizi indidən diqəq deyə bilmərəm. Görək, qarşıdakı 2-3 həftədə nə baş verəcək?”.

 

Qeyd edək ki, ötən ildən “Lester”in formasını geyinən Kante Fransa yığmasında 6 oyunda 1 qola imza atıb.   

0