[b]“Kəpəz”in rəqibində ayrılıq[/b]
24.06.2016 - 17:38
[b]“Kəpəz”in rəqibində ayrılıq[/b]

Avropa Liqasının I təsnifat mərhələsində “Kəpəz”lə qarşılaşacaq “Daçiya” bir futbolçusu ilə yolları ayırıb. Apasport.az saytı Moldova mətbuatına istinadən xəbər verir ki, Kişinyov təmsilçisi icarə müddəti başa çatmış Vadim Çemırtanla vidalaşıb.

 

Paytaxt klubundan ayrılan futbolçu artıq özünə yeni komanda tapıb. Belə ki, Çemırtan karyerasını Vyetnam çempionatında davam etdirməyə qərar verib. O, bu ölkənin “Kuanqnin” klubu ilə müqavilə imzalayıb.

 

Təcrübəli hücumçu bu ilin əvvəlindən “Daçiya”nın formasını geyinirdi.

 

Qeyd edək ki, “Kəpəz”in “Daçiya” ilə ilk matçı iyunun 28-də Bakıda keçiriləcək.

 

 

 

0