[b]“Qəbələ” – “Samtredia” oyunu belaruslu hakimə tapşırıldı[/b]
24.06.2016 - 18:02
[b]“Qəbələ” – “Samtredia” oyunu belaruslu hakimə tapşırıldı[/b]

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – “Samtredia” oyununa hakim təyinatı açıqlanıb. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyunun 30-da, 8 km qəsəbə stadionunda baş tutacaq qarşılaşmada Belarusdan olan hakimlər briqadası idarəçilik edəcək.

 

Matçın baş hakimi Denis Şerbakov  olacaq. Ona Dmitri Juk və Yuri Xomçanka kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Sergey Tsynkeviç yerinə yetirəcək. Matçın hakim-inspektoru isə rusiyalı Aleksey Spirin olacaq.

 

0