“Milan” bombardirlə anlaşdı - FOTO
24.06.2016 - 20:23
“Milan” bombardirlə anlaşdı - FOTO

“Milan” “Peskara”nın hücumçusu Canluka Lapadula ilə müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, bu barədə klubun tviter hesabından xəbər yayılıb.

 

Ötən mövsüm B seriyasının bombardiri ilə 2021-ci ilə kimi anlaşma əldə olunub.

 

Qeyd edək ki, geridə qalan mövsümdə 44 oyuna çıxan və 30 dəfə fərqlənən Lapadula “Peskara”nın A seriyasına yüksəlməsində önəmli rol oynamışdı.

0