[b]Messi üsyan etdi: Bizim federasiya fəlakətdi![/b]
25.06.2016 - 00:02
[b]Messi üsyan etdi: Bizim federasiya fəlakətdi![/b]

Amerika Kubokunun 100 illiyi münasibətilə xüsusi təşkil olunan turnirin finalında Çili ilə qarşılaşacaq Argentina millisi xoşagəlməz halla üzləşib. Apasport.az saytının məlumatına görə, Hyustondan finalın oynanacağı Nyu Cersiyə uçmağa çalışan milli komandanın təyyarəsi gecikməyə məruz qalıb.

 

Bu hala ən çox əsəbləşən isə Lionel Messi olub. Komanda yoldaşı Serxio Aquero ilə birlikdə fotosunu sosial şəbəkədə paylaşan “Barselona”nın ulduzu belə yazıb: “Biz yenə təyyarə gözləyirik. Argentina Futbol Federasiyası fəlakətdi”.

 

Yerli federasiya isə özünü müdafiə edərək bu səfərlərə turnirin təşkilat komitəsinin nəzarət etdiyini deyib.

0