[b]Avropa və Amerika çempionları qarşılaşa bilər[/b]
25.06.2016 - 00:10
[b]Avropa və Amerika çempionları qarşılaşa bilər[/b]

Cənubi Amerika Futbol Konfederasiyasının prezidenti Alexandro Dominges maraqlı təkliflə çıxış edib. Apasport.az saytının məlumatına görə, futbol funksioneri UEFA-ya müraciət etdiyini və Avropa çempionu ilə Amerika Kubokunun qalibinin arasında matç keçirməyi təklif etdiyini bildirib.

 

Dominges ABŞ-da hazırda davam edən “Copa America”nın olduqca maraqlı keçdiyini də əlavə edib: “ABŞ-dakı çempionat çox maraqlıdır. Ortalama hər matçı 46 min adam izləyir. Hər oyunda 3 və daha çox qol vurulur”.

0