Əfsanəvi basketbolçu səfir oldu
25.06.2016 - 00:47
Əfsanəvi basketbolçu səfir oldu

Amerika Milli Basketbol Liqasının (NBA) əfsanələrindən olan Şakil Onil səfir təyin olunub. Apasport.az saytının məlumatına görə, Şak ABŞ Xarici İşlər Nazirliyinin idman səfiri kimi Kubaya səfər edəcək.

 

25-28 iyun tarixləri arasında Kubaya yollanacaq “div adam” burada bir sıra vacib görüşlər keçirəcək.

 

Qeyd edək ki, NBA-da 19 mövsüm çıxış edən Onil 15 dəfə “All Star”a seçilib, 4 dəfə də çempionluq yaşayıb. 

0