“Kəpəz”dan 6 qollu qələbə
25.06.2016 - 10:44
“Kəpəz”dan 6 qollu qələbə

UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Daçiya” ilə oyunun hazırlığını Bakıda davam etdirən “Kəpəz” dünən yoxlama oyunu keçirib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “sarı-göylər”in rəqibi aşağı divizion təmsilçisi “Bakı” olub.

 

Oyun Gəncə klubunun böyükhesablı qələbəsi ilə nəticələnib – 6:0.

 

“Kəpəz”dən Şəhriyar Əliyev, Julien Ebah və Şəhriyar Rəhimovun hərəyə bir dəfə fərqləndiyi matçda Tural Qürbətov het-trik edib.  

 

0