[b]AÇ-2016: Erkən final Cüneyt Çakıra tapşırıldı[/b]
25.06.2016 - 13:12
[b]AÇ-2016: Erkən final Cüneyt Çakıra tapşırıldı[/b]

AÇ-2016-nın 1/8 final mərhələsinin ən maraqla gözlənilən İtaliya – İspaniya matçının hakimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA erkən final adlandırılan bu qarşılaşmanı Cüneyt Çakıra həvalə edib.  

 

Türkiyəli referiyə Bahattin Duran və Tarık Ongün yardımçı olacaqlar. Hüseyin Göçək və Barış Şimşəkin əlavə köməkçi hakim funksiyanı yerinə yetirəcəyi oyunun dördüncü hakimi isə ingilis referi Martin Atkinson olacaq.  

 

Çakır Avropa çempionatında bu vaxta qədər Portuqaliya – İslandiya (1-1) və Belçika - İrlandiya (3-0) görüşlərini idarə edib. 

 

Qeyd edək ki, iyunun 27-də Parisdə keçiriləcək İtaliya – İspaniya matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. 

0