[b]“Neftçi”nin son yoxlama matçında 6 qol [/b] - YENİLƏNİB
25.06.2016 - 20:57
[b]“Neftçi”nin son yoxlama matçında 6 qol [/b] - YENİLƏNİB

“Neftçi” Türkiyə toplanışı çərçivəsində bu gün sonuncu yoxlama matçına çıxıb. Apasport.az saytının məlumatına görə, "ağ-qaralar" Rumıniyanın “İaşi” klubu ilə qarşılaşıblar. 

 

Matçda 6 qol vurulub. Əvvəlcə 0:2 hesabı ilə geri düşən "ağ-qaralar" hesabı bərabərləşdiriblər. Oyunun sonlarına yaxın qapısında 3-cü qolu görən Vəli Qasımovun yetirmələri bitimə 4 dəqiqə qalmış növbəti dəfə "status-kvo"nu bərpa ediblər.

 

Beləliklə, əzmkarlıq hesabına məğlubiyyətdən qaçan təmsilçimiz toplanışı bərabərliklə başa vurub.

 

Qeyd edək ki, "Neftçi" əvvəlki yoxlama matçlarının hər ikisində "SİBM Training Center" komandası ilə qarşılaşmışdı. Birinci oyunda 1:2 hesabı ilə uduzan Vəli Qasımovun yetirmələri ikinci ogörüşdə 3:0 hesablı qalibiyyət əldə etmişdi.

 

 

Yoxlama oyunu

25 iyun

 

“Neftçi” – “İaşi” - 3:3

Qollar: Ruslan Qurbanov, 34, Elşən Abdullayev, 57, Araz Abdullayev, 86

 

“Neftçi”: Krşevan Santini, Məqsəd İsayev, Vançe Şikov, Jairo, Dario Melnyak, Edson Kastilyo, Murad Ağayev, Rəhman Hacıyev, Araz Abdullayev, Ruslan Qurbanov, Elşən Abdullayev.

Ehtiyat oyunçular: Maksim Vaylo, Rahil Məmmədov, Elvin Bədəlov, Kamal Qurbanov, Fəhmin Muradbəyli, Orxan Qurbanlı, Aqsin Qurbanlı.

0