[b]İspaniya ilə oyunöncəsi İtaliya yığmasında itki[/b]
25.06.2016 - 17:15
[b]İspaniya ilə oyunöncəsi İtaliya yığmasında itki[/b]

İtaliya yığması AÇ-2016-nın 1/8 final mərhələsi çərçivəsində İspaniya ilə keçirəcəyi matça itki ilə çıxacaq. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, baş məşqçi Antonio Konte əsas heyət üzvlərindən olan Antonio Kandrevanın xidmətindən yararlana bilməyəcək.

 

Buna səbəb “Latsio”nun 29 yaşlı yarımmüdafiəçisinin zədələnməsidi. Həkimlər onun ispanlarla qarşılaşmaya kimi hazır olmayacağını açıqlayıblar.

 

Qeyd edək ki, İtaliya – İspaniya qarşılaşması iyunun 27-də keçiriləcək. 

0