[b]“Zirə” yeni transferini təqdim etdi - FOTO[/b]
25.06.2016 - 19:09
[b]“Zirə” yeni transferini təqdim etdi - FOTO[/b]

Yeni mövsüm hazırlıqlarını davam etdirən “Zirə” heyətini də gücləndirmək yönündə işlər görür. Apasport.az saytının məlumatına görə, ötən mövsümü ikinci pillədə başa vuran Adil Şükürovun yetirmələri yeni müdafiəçi ilə anlaşıb.

 

Bu barədə klubun saytında xəbər yer alıb. Bildirilib ki, serbiyalı oyunçu Milan Duriçlə klub arasında 2 illik razılaşma əldə olunub.

 

Ötən mövsümü Xorvatiyanın “İstra” klubunda keçirmiş arxa xətt oyunçusu daha əvvəl isə Serbiya “Yaqodina”sında çıxış edib.

 

Duriç ölkəsinin “Pekar” və Makedoniyanın “Metallurq” klublarının formasını geyinməyə də imkan tapıb.

0